Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə ağacəkmə aksiyasilari keçirildi.

12 may 2016 | 16:00

Ulu öndər  Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə o cümlədən, Gəncə şəhəri 1500 ailəlik məcburi köçkün qəsəbəsində, Gəncə şəhəri ADAU-nin 6 saylı yataqxanasının ətrafında  və Goranboy rayonu Yeni Veyisli qəsəbəsində  çinar, eldar şamı, küknar və digər  ağac növləri əkildi.
     Köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə  ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac və kolların əkilməsinin davam etdirilməsi  nəzərdə tutulur.

Keçidlər