Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra hakimiyyətində Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

17 noyabr 2016 | 16:00

17 noyabrın Milli Dirçəliş Günü münasibətilə Kəlbəcər  rayon İcra Hakimiyyətində tədbir keçirildi. İcra hakimiyyəti işçilərinin, yerli idarə və müəssisələrin, ərazi nümayəndəliklərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov Milli Dirçəliş Gününün tarixindən, Azərbaycan xalqının həyatındakı rolundan danışdı. Bildirdi  ki, ölkəmiz ötən əsrin sonlarında min bir əziyyətlə qanı bahasına müstəqilliyini əldə etsə də, tezliklə onun itirilməsi təhlükəsi yaranmışdı. Ölkə daxilində xaos və anarxiyanın, özbaşınalığın baş alıb getdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı dövrdə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikada sabitlik əldə olunub və ölkəmiz sürətli inkişaf yolunu tutub.
Tədbirdə Kəlbəcər RİH başçısının müavini İkram Salmanov geniş məruzə ilə çıxış etdi.
Daha sonra çıxış edənlər Millət vəkilinin köməkçisi Xəlil Rüstəmov və RİH başçısının Zivel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Muxtarov Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafından, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan danışdılar.

Keçidlər