Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD OLUNDU

30 mart 2017 | 16:00

     Martın 31-də Kəlbəcər rayon İcra hakimiyyətində qan yaddaşımızda dərin iz buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı cənab Aqil Məmmədov, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları  iştirak etdilər. Tədbirdə çıxış edən  rayon İcra hakimiyyəti başçısı qeyd etdi ki,  tarix boyu xarici qüvvələrin havadarlığı ilə erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını, qırğın və soyqırımıları həyata keçirdiyini diqqətə çatdırdı. Natiq  31 Mart soyqırımına da ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyini qeyd edərək bu hadisənin bir soyqırımı aktı olduğunu qeyd etdi.
    Daha sonra çıxış edənlər xarici havadarlarının dəstəyi ilə əzəli Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra ermənilərin daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğuladılar.

Keçidlər