Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.

11 sentyabr 2017 | 16:00

Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, Təhsil Nazirliyinin nümayəndəsi Hümeyr Əhmədov, təhsil işçiləri, müəllimlər iştirak etdilər.

Rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova 2016-2017-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi. Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov  və Təhsil Nazirliyinin nümayəndəsi Hümeyr Əhmədov da çıxış etdilər.  Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayon  təhsilinin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olundu.
    Sonda 2017-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 30 məzun Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanla təltif edilmiş və pul mükafatları təqdim olunmuşdur.

Keçidlər