Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon 85 saylı ümumi orta məktəbin yeni siniflərinin açılışı oldu

06 oktyabr 2017 | 16:00

06 oktyabr 2017-ci il tarixdə Yevlax rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 85 saylı ümumi orta məktəbində yeni siniflər  istifadəyə verildi.  Tədbirdə Kəlbəcər rayon İcra hakimiyətinin başçısı cənab Aqil Məmmədov, təhsil işçiləri, müəllimlər və valideyinlər iştirak etdilər. Tədbiri giriş sözü ilə acan rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov  əlamətdar gün münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik etdi. Rayon başçısı qeyd etdi ki, Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse - Prezident Mehriban xanım Əliyevanın  təhsilə və təsil işçilərinə çox böyük diqqət  və qayğısının nəticəsidir ki, bugün Kəlbəcər rayon 85 saylı ümumi orta məktəbində 3 ədəd modul tipli 6 sinif otağı tikilib istifadəyə verilmişdir. Bundan əlavə köhnə sinif otaqları da əsaslı təmir olunaraq yeni tikililərlə birgə bütün avadanlıqlarla təhciz edilmişdir.

Keçidlər