Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra hakimiyyətində həqiqi hərbi xidmətlərini başa vurmuş gənclərlə görüş keçirildi.

17 oktyabr 2017 | 16:00

17 oktyabr 2017-ci il tarixdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətində ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirildi. Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və media nümayəndələri iştirak etdi. İlk olaraq tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov ordu sıralarından tərxis olunmuş gəncləri həqiqi hərbi xidmətlərini şərəflə başa vurmaları münasibətilə təbrik etdi, dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən, eyni zamanda ölkəmizdə  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük nailiyyətlərin əldə olunmasından danışdı. Digər çıxış edənlər ordu sıralarından tərxis olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətinin diqqətdə saxlanılması istiqamətində belə görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar. Tədbirin sonunda həqiqi hərbi xidmətlərini başa vurmuş gənclərə hədiyyələr təqdim edildi.

Keçidlər