Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilib

18 oktyabr 2017 | 16:00

18 oktyabr 2017-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətinin akt zalında rayonun idarə, müəssisə və hüquq mühafizə orqanları rəhbərlərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycanın dövlət müstəqiliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.   Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov tədbir iştirakçılarını Müstəqillik günü münasibətilə təbrik edib, Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salaraq bu müstəqiliyinin   əldə edilməsində və qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə vurğulayıb.
     Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytac Rüstəmzadə məruzə ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində bizə XXI   əsrdə dünya dövlətləri arasında öz layiqli yerini tutan demokratik, hüquqi və sivil bir dövlət bəxş etdiyini və əsası Ulu Öndər tərəfindən qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidentimiz cənab İlham Əliyevin  böyük səyləri nəticəsində dövlətimizin daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrildiyini bildirib.

Keçidlər