Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılğıının aradan qaldırılması üçün şəbəkənin gücləndirilməsi və ictimai dinləmələrin keçirilməsi mövzusunda tədbir keçirildi

20 oktyabr 2017 | 16:00

20 oktyabr 2017-ci il tarixdə Kəlbəcər rayon Mədəniyyət Sarayında yerləşən Musiqi məktəbinin akt zalında BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı, Ombudsman Aparatı və Kəlbəcər rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığının qarşısının alınması” layihəsi çərcivəsində tədbir keçirildi. Tədbirdə çıxış edənlər  ilk öncə mövzu ətrafında qanunvericilik və problemlər haqqında tədbir iştirakçılarına ümumi məlumat verərək məişət zorakılığına qarşı birgə mübarizə aparmaq üçün şəbəkənin gücləndirilməsinin əhəmiyyətindən danışdılar. Daha sonra məişət zorakılığının qarşısının alınması ilə bağlı rayonda görülmüş tədbirlər və mövcud vəziyyət müzakirə olunaraq  mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Keçidlər