Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Qəbələ-Şəki-Zaqatala bölgələrinə yola salındı

11 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Kəlbəcər rayonundan olan IX-XI sinif şagirdləri noyabrın 11-də Qəbələ-Şəki-Zaqatala bölgələrinə yola salındı. Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında keçirilən yolasalma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, aparatın məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edən rayon rəhbəri cənab Aqil Məmmədov bu tur aksiyasının məktəblilərin ölkəmiz haqqında təsəvvürünün, dünyagörüşünün və biliklərinin artmasında əvəzsiz rol oynadığını vurğulayaraq məktəblilərə tur-aksiya zamanı aktiv olmaları, asudə vaxtlarından səmərəli istifadə etmələri barədə tapşırıqlarını verdi və məktəblilərə səfərlərində uğurlar arzuladı.Tədbirin sonunda səfərə çıxan məktəblilər müsiqi sədaları altında Qəbələ şəhərinə yola düşdülər

Keçidlər