Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə ağac əkmə aksiyası keçirildi.

19 dekabr 2017 | 16:00

Ağac əkmə aksiyasında rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlik əməkdaşları iştirak etdilər. Aksiyada abadlıq işləri aparılmış, ağacların dibi yumşaldılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Aksiyanın keçirilməsində  məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, rayon ictimaiyyətinin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər