Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən 11 N-li tam orta məktəbdə Xocalı faciəsinin 26-cı ildönümü qeyd olundu.

26 fevral 2018 | 16:00

İlk öncə Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Tədbirdə çıxış edən Kəlbəcər  rayon İcra Hakimiyyətinin başçısının müavini Aytac Rüstəmzadə bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan başlayaraq səhər saat 5-dək toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulan şəhər darmadağın edilib və yandırılıb. Həmin vaxt üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər əhali şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. İçərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı soyqırımına ilk dəfə siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Hələ 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, fevralın 26-sı – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb”. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin xarici siyasətində prioritet məsələlərindəndir. Həmçinin Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini önə çəkdi.
     Tədbirin sonunda şagirdlərin ifasında Xocalı faciəsini əks etdirən bədii kompozisiya  nümayiş olundu.

Keçidlər