Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu.

10 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-cı il noyabr ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında geniş tədbir keçirildi. Tədbirdə Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Gəncə şəhərində fəaliyyət göstərən ali  və orta ixtisas müəsissələrinin professor - müəllim heyyəti,  ağsaqqallar, həmçinin Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak etdilər.
     Tədbir iştirakçıları Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən büstü önünə tər-gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Gəncə Dövlət Flarmoniyasın foyesində  ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış guşənin nümayişi təşkil olunaraq, Aşıq Şəmşirin yaradıcılığı ilə bağlı sağlığında və ölümündən sonra çap edilmiş kitab sərgisinə baxış keçirildi.
     Tədbirdə Kəlbəcər rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri  çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirərək, ustadın yazdığı şeirləri ifa edib, bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı.

Keçidlər