Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

12 dekabr 2018 | 16:00

Dekabrın 12-də Kəlbəcər rayon İcra Hakimiyyətində rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.    Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon icra Hakimiyyətinin inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildirdilər.  Tədbir Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinin, iqtisadi yüksəlişinin təmin edilməsinin, beynəlxalq nüfuzunun artmasının böyük siyasi və ictimai xadim Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti, cəsarəti və geniş dünyagörüşü nəticəsində mümkün olduğunu bildirib. Digər çıxış edənlər müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq onun siyasi irsinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Keçidlər