Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon 11 saylı tam orta məktəbində 9, 10, 11 saylı tam orta məktəb kollektivlərinin birgə iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

10 may 2019 | 16:00

Tədbir iştirakçıları ilk öncə Ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək Ümummilli liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər. Sonra Kəlbəcər rayon 11 saylı məktəbin AKT zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan 11 saylı tam orta məktəbin direktoru Əlzamin Qarayev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışdı.  Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən, apardığı məqsədyönlü daxili və xarici siyasətdən danışdılar.

Keçidlər