Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin bir qrup fəallı 15 iyun - Milli qurtuluş günü münasibəti ilə xalqımızın ümumilli lideri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.

12 iyun 2019 | 16:00

08 iyun 2019-cu il tarixdə YAP Kəlbəcər Rayon Təşkilatı Gənclər Birliyinin və “Aşıq Şəmşir” mədəniyyət ocağı ictimai birliyinin birgə  təşəbbüsü ilə bir qrup fəal gənc 15 iyun-Milli qurtuluş günü münasibəti ilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.Tədbir iştirakçıları daha sonra türk əsgərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə güllər düzüblər.
     Gənclər sonra Heydər Əliyev Mərkəzində olublar. Burada gənclərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi gənclərin böyük marağına səbəb olub. Onlar muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar.

Keçidlər