Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra hakimiyyətində könüllülük fəaliyyəti göstərən gənclərə sertifikatlar təqdim olundu.

30 avqust 2019 | 16:00

30 avqust 2019-cu il tarixdə, Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini uğurla başa vurmuş gənclərə sertifaktların təqdim olunması tədbiri keçrilmişdir. Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov könüllülük fəaliyyətinin Respublikamızdakı inkişafından söz açaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin könüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu bildirmiş, Respublikamızda Nazirlik, Komitə və Dövlət xidmətlərində könüllü gənclərin fəaliyyət göstərdiyini qeyd etmişdir. Daha sonra könüllülərdən Dadaşzadə Ruslan və Mirzəyev Cövhər könüllülərə yaradılan şəraitə və göstərilən diqqətə görə möhtərəm cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər. Sonda könüllülərə Kəlbəcər Rayon İcra Hakimiyyəti  tərəfindən  sertifikatlar təqdim edilmişdir.

Keçidlər