Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonundan olan şəhid İbrahim Vəliyev torpağa tapşırıldı

25 fevral 2020 | 16:00

Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini şəhid Vəliyev İbrahim Ələmşah oğlunun cənazəsi Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında dəfn edildi. Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi keçirildi. Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Kəlbəcər və Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər və Zərdab rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.  Şəhid İbrahim Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda müvəqqəti məskunlaşıb. 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.

Keçidlər