Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür

25 iyun 2020 | 16:00

Azərbaycanın Silahlı Qüvvələri dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını etibarlı şəkildə qoruyur. Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nəailiyyətlərindən biri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən Silahlı Qüvvələrin yaradılmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Xalqımızın zəngin və şərəfli hərbi ənənələrini qoruyub saxlamaqla müstəqil dövlətimizdə məqsədyönlü və səmərəli ordu quruculuğunun aparılması, müasir tələblərə cavab verən silahlı qüvvələrin və yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik şəxsi heyətin formalaşdırılması Ulu Öndər Heydər Əlyevin özünəməxsus müdriklik və uzaqgörənliklə həyata keçirdiyi, möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi mükəmməl strategiyaya əsaslanır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq  cəhətdən fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.  2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı  zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki,  Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.

Keçidlər