Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərli məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə sel-sularının ciddi ziyan vurduğu Gəncə-Göygöl suvarma kanalının dağılmış hissəsi bərpa edildi.

14 iyul 2020 | 16:00

11.07.2020-ci il tarixdə Gəncə şəhərinə yağan güclü yağış nəticəsində Gəncə-Göygöl suvarma kanalı nəzərdə tutulan su tutumundan arıq yükəndiyi üçün kanal dağılaraq "Atçılıq" adlanan yaşayış massivindən keçən hissəsində yaşayan 6 ailənin fərdi yaşayış mənzilinə dolaraq sakinlərə ciddi ziyan vurmuşdur.
     Yaranmış vəziyyətlə əlaqədar Kəlbəcər RİH başçısı Azər Qocayev dərhal əraziyə gedərək mövcud vəziyyətlə yerində ətraflı tanış olmuş, problemin tezliklə aradan qaldırılması məqsədilə aidiyyatı qurumlara ciddi tapşırıqlar vermişdir.
    Gəncə-Göygöl suvarma kanalının bərpa edilməsi üçün əraziyə texnika cəlb edilərək kanalın dağılmış hissəsi lil qatlarından təmizlənmış, bərkitmə-təmir işləri aparılaraq kanalın dağılmış hissəsi bərpa edilmişdir.
     Kəlbəcər RİH başçısı Azər Qocayev təmir-bərpa işlərinin gedişi ilə yerində tanış olmuş, müvafiq göstəriş və tapşırıqlar vermişdir.

 

           

 

            

 

 

Keçidlər