Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonuna məxsus pambıq sahələrində məhsuldarlıq yüksəkdir.

19 oktyabr 2020 | 16:00

Oktyabr ayının 15-dən etibarən Kəlbəcər  rayonunda pambıq yığımına start verilmişdir.Beləki rayonun Bərdə rayon Lənbəran kəndində yerləşən əkin sahələrində bu il 160 hektar pambıq sahəsi əkilmişdir ki, bununda 140 hektarını hüquqi şəxslər, 20 hektarını isə fiziki şəxslər əkmişdir. Rayonun fermer təsərrüfatlarından “Duane-S” kəndli fermer təsərrüfatı 120 hektar, “Şəhriyyar” fermer təsərrüfatı isə 20 hektar ərazidə pambıq əkini aparmışdır.
     Pambıq yığımına ilkin olaraq “Şəhriyar” kəndli fermer təsərrüfatından başlanılmış, yığıma 2 pambıq yığan kombayın, 7 traktor,14 yedək (lapet) qurğusu və 30 nəfər adam cəlb edilmişdir. Ümumilikdə 20 hektar ərazidə yığım aparılmış və 26 qoşa yedək (lappet) olmaqla 110 ton bambıq  Bərdə MKT  MMC-yə təhvil verilmişdir. Hər hektarda məhsuldarlıq 50-55 sentner təşkil edir ki, buda pambıq üçün yüksək nəticə hesab edilir. Yaxın günlərdə “Duane-S” kəndli fermer təsərrüfatının  əkdiyi 120 hektar pambıq sahəsində yığım işləri aparılacaqdır.

 

 

  •  
  •  

            

Keçidlər