Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

10 dekabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar.

 

 

Keçidlər