Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmündə ağacəkmə aksiyası keçirilib.

10 may 2021 | 16:00

       Ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətində  müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib. Kəlbəcər Rayon  İcra Hakimiyyətinin başçısı Azər Qocayev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Kəlbəcər Rayon  İcra Hakimiyyətinin inzibati binasında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, Ulu Öndərin  xatirəsinə böyük ehtiram əlaməti olaraq abidənin önünə əklil və  tər çiçəklər düzüblər.
    Daha sonra xalqımızın milli yaddaşında silinməz izlər buraxan, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmündə Kəlbəcər Rayon  İcra Hakimiyyətinin təşkilatçılğı ilə koronavirus (COVİD -19 ) pandemiyasını nəzərə alaraq məhdud sayda əməkdaşların iştirakıyla Göygöl rayon ərazisində inşa edilən 130 ailəlik yeni qəsəbədə, Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə və rayonun bütün ümumtəhsil məktəblərinin həyətlərində ağacəkmə aksiyası keçirilib. Aksiyada Kəlbəcər Rayon  İcra Hakimiyyətinin başçısı Azər Qocayev və rayonun hüquq mühafizə orqanları habelə aidiyəti üzrə fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri, iştirak ediblər.
        Ağacəkmə aksiyasında Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq mindən çox ağac əkilib.
      Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

Keçidlər