Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ” ordeni şəhidin atasına təqdim edilib.

03 iyul 2021 | 16:00

      44 günlük Vətən Müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilmiş, Azərbaycan ordusunun şəhid zabiti, mayor Mikayılov Azər Əmrah oğluna ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən “Qarabağ” ordeni şəhidin atası Əmrah Mikayılova təqdim edilib.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin təşkilatçılığı ilə keçrilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Rahim Mustafayev və şəhidin doğmaları iştirak edib.
     Tədbirdə “Qarabağ” ordenli şəhid  mayor Mikayılov Azər Əmrah oğluna şanlı döyüş yolundan söz açılıb, Vətən Müharibəsində ordumuzun qəhrəmanlığından bəhs edilib.

      Şəhid  Azər  Mikayılovun atası Əmrah Mikayılov  övladına verilən yüksək ada eyni zamanda, onların ailəsinə göstərilən xüsusi diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanın Əliyevaya ailəsi adından minnətdarlıqlarını ifadə edib.

Keçidlər