Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ad günündə məzarını ziyarət edib.

15 avqust 2021 | 16:00

      Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, RİH-in məsul əməkdaşlarının və şəhidin doğmalarının iştirakı ilə şəhid Bayramov Samir Elxan oğlunun ad günündə məzarı ziyarət edilərək, məzarı üstünə gül dəstələri qoyulub, ruhuna dualar oxunmuşdur.
    Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanmışdır.
     Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.

Keçidlər