Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon Körpələr evi-uşaq bağçalarında tədbirlər təşkil olunub və torpaqlarımızın azad olunması uğrunda qanından,canından keçən qəhrəman övladlarımızın ailələri ziyarət olunub.

24 sentyabr 2021 | 16:00

      Vətən müharibəsinin başlamasının ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının müvafiq tapşırığına əsasən Kəlbəcər rayon Körpələr evi-uşaq bağçalarında tədbirlər təşkil olunub və torpaqlarımızın azad olunması uğrunda qanından,canından keçən qəhrəman övladlarımızın ailələri ziyarət olunub.

     Bakı şəhərində şəhid Nicat Atayev, Gəncə şəhərində şəhid Daşqın Şəfiyev, Göygöl rayonunda şəhid Eldəniz Verdiyev, Yevlax rayonunda şəhid Seymur Həsənli,  Goranboy rayonunda şəhid  Azər Mikayılovun evləri ziyarət olunaraq, valideynləri və digər ailə üzvləri ilə görüşülüb, onların sosial problemləri və qayğıları ilə maraqlanıblar.

     Daha sonra balaca körpələrin iştirakı ilə şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərinə gül-çiçək dəstələri qoyularaq, onların ruhlarına dualar oxunubdur.
     Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.


      Allah bütün şəhidlərimizə rəhmət eləsin!


 

 

 

 

 

Keçidlər