Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilmişdir.

25 sentyabr 2021 | 16:00

       Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu. Bu qələbəni dövlətimizin uğurlu siyasəti, hərbiçilərimizin rəşadəti hesabına, şəhidlərimizin canı-qanı bahasına qazanmışıq. Şəhidlərimiz kimi onların ailə üzvləri də bizim üçün çox qiymətli və dəyərlidir. Vətənimizin bütövlüyü naminə canını fəda etmiş şəhidlərimizi yad etmək, onların xatirəsini əziz tutaraq ailələrini daim diqqət mərkəzində saxlamaqla, onlara mənəvi dəstək olmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
      II Qarabağ Müharibəsinin ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Kəlbəcər rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə və müəssisələrdə anım günlərinin keçirilməsi və şəhid ailələrinin ziyarət olunması davam etdirilir.
       Belə ki, 24 sentyabr 2021-ci il tarixdə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilmişdir. Eyni zamanda Mərkəzi xəstəxananın rəhbərliyi  tərəfindən şəhid İsmayıl Qabilov, Şəhid Qismət Heydərov, şəhid Əhliyət Rəhimovun ailələri ziyarət edilib, onların ailə-məişət qayğıları ilə maraqlanmışdırlar.
      Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər