Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ildönümündə məzarını ziyarət edib.

28 sentyabr 2021 | 16:00

    Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ildönümündə məzarını ziyarət edib.
    Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və RİH aparatının məsul əməkdaşları Goranboy rayonunun Zeyvə kəndində yerləşən ikinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış şəhid Orucov Nemət Əkbər oğlunun  ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
    Vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən şəhid ailəsinə  dərin ehtiramını bildirən RİH başçısı Azər Qocayev ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər