Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Kəlbəcər şəhidlərinin abidə kompleksində və Murovdağ şəhidlər xiyabanında, şəhid məzarlıqları ətrafında növbəti təmizlik və abadlıq işləri aparılmışdır.

03 noyabr 2021 | 16:00

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına əsasən Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən Şəhidlərin Abidə Kompleksi, Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı, şəhid məzarlıqları və şəkil lövhələrinin ətrafı Kəlbəcər rayon Çoxsahəli Kommunal Təsərrüfat İdarəsi tərəfindən təmizlənmiş və abadlıq işləri aparılmışdır. 
Abadlıq işləri aparılan zaman Kompleksin ətrafı eləcə də Murovdağ şəhidlər xiyabanındakı məzarların ətrafı qurumuş otlardan təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib.
  Onu da qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin, şəhid məzarlıqlarının eləcə də lövhələrinin ətrafında təmizlik işlərinin aparılması bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

 

 

Keçidlər