Şriftin ölçüsü :

Saytın rəngi :

"Zəfər" gününün birinci ildönümünün qeyd olunması ilə bağlı Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid ailələri və qazilərlə görüş keçirilmişdir.

04 noyabr 2021 | 16:00

"Zəfər" gününün birinci ildönümünün qeyd olunması ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon Millət vəkili Aqil Məmmədov tərəfindən Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid ailələri və qazilərlə görüş keçirilmişdir.
  Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,  Millət Vəkili Aqil Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.
  Tədbiri giriş sözü ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev açıq elan edib.  Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
  Daha sonra çıxışlara söz verilib.
44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Elşənin atası Məmmədov Dağıstan çıxış edərək bildirib ki, şəhidlərimizin ruhuna hər zaman dərin hörmət və ehtiram nümayiş olunur,. Biz şəhid ailələri də dövlətimizin daim diqqətindəyik. Bunun üçün dövlət başçısı və rayon rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.
  Çıxış üçün söz verilən Kəlbəcər rayon idarə və müəssisələrin əməkdaşları, rayon ağsaqalları, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.
  Yekunda Millət Vəkili Aqil Məmmədov  geniş məruzə ilə çıxış edərək ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı törətdiyi təcavüzlərdən,törədilmiş qətliyamlardan, insanların başına gətirilən min cür bəlalardan bəhs edib.. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs vəsiyyətini ölkə həyatının bütün sahələri ilə yanaşı, həm diplomatiya müstəvisində, həm döyüş meydanında yenilməz bilik və bacarıq, mərdlik və cəsarət nümayiş etdirməklə, Azərbaycan Ordusunun fədakarlığı və igidliyi sayəsində işğal altında olan ərazilərimizi erməni faşistlərindən azad etdiyini vurğulayıb.
  Sonda Kəlbəcər RİH başçısı Azər Qocayev və Millət vəkili Aqil Məmmədov şəhid ailələri ilə geniş söhbətlər aparıb. Şəhid ailələrinin problem və  qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyiblər. 
  Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon ictimaiyyəti adından "Zəfər günü" münasibət ilə tədbir iştirakçılarını təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq, vətən müharibəsi iştirakçılarına minnətdarlığını bildirib. Azər Qocayev Şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırmaqla, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını bildirib.
  Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə  Möhtərəm Prezidentimiz, Müzəffər Ali Başı Komandan İlham Əliyevə  və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
  Sonda şəhid ailələri ilə xatirə şəkli çəkilib.

Keçidlər