Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr – “Zəfər Günü” ilə əlaqədar Kəlbəcər Rayon İcra Hakimiyyətində bayram tədbiri keçirilmişdir

08 noyabr 2021 | 16:00

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər rayon Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirilmişdir.
   Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri,ziyalılar,qazilər,Vətən mürahibəsi veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
   Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.
   Daha sonra tədbir Kəlbəcər rayon Mədəniyyət sarayında Kəlbəcər Rayon Mədəniyyət Mərkəzinin bədii öz fəaliyyət kollektivinin və el aşıqlarının təqdimatında geniş konsert proqramı ilə davam etdirilmişdir.
  Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin  başçısı Azər Qocayev  “Zəfər günü” münasibəti ilə bütün Kəlbəcərliləri , Azərbaycan xalqını təbrik edərək Vətən müharibəsində Azərbaycan Ordusunun böyük Zəfərə imza atdığını, igid oğullarımızın  qəhrəmanlıq göstərdiyini, istər birinci, istərsə də ikinci Qarabağ Müharibəsində şəhid olmuş hərbçilərimizin və mülki əhalimizin qisasının alındığını bildirmişdir. Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimizin hər zaman dövlətimizin diqqət mərkəzində olmasını,  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif edildiyini vurğulamışdır.
  Tədbirin sonunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən Kəlbəcər rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Haxverdi Əkbərova Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı və sonrakı dövrlərdə RİH tərəfindən təşkil edilmiş tədbirlərdə asayişin qorunmasının təşkilində müstəsna xidmətlərinə görə
və SHXÇDX-nin Kəlbəcər rayon bölməsinin rəisi, polkovnik-leytenant Rahim Mustafaye və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı Şəhidlik zirvəsinə ucalmış Qəhrəmanların ailələrinə və Qazilərə göstərdiyi lazımi diqqətə görə Fəxri Fərmanlar təqdim edilib.

Keçidlər