Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Gəncə şəhəri yeni qəsəbədə Kəlbəcər rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib.

25 noyabr 2021 | 16:00

  Kəlbəcər rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Gəncə şəhəri yeni qəsəbədə Kəlbəcər rayon Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib.
  Kəlbəcər Rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə keçirilən bayram konsertində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin kollektivləri, vətən müharibəsi veteranları, şəhid ailələri, qazilər iştirak ediblər.
  Bayram konsertində ilk öncə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
  Çıxış edənlər Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü münasibətilə kəlbəcərliləri təbrik edib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən danışıblar.
  Konsertdə Aşiq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət evinin bədii öz fəaliyyət kollektivinin və el aşıqlarının təqdimatında qələbə ruhlu mahnılar təqdim olunub, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhunda müxtəlif musiqilər səsləndirilib, rəqs qruplarının çıxışı rayon sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

 

 

Keçidlər