Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Kəlbəcər Rayon Gənclər və İdman İdarəsi

Kəlbəcər Rayon Gənclər və İdman idarəsi dövlətin gənclər və idman siyasətini rayonda həyata keçirən orqandır. İdarə rayon ərazisinidə gənclərlə işləyən təşkilatları, o cümlədən bədən tərbiyəsi və idman kollektivlərini koordinasiya edir.
Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Kəlbəcər rayon Gənclər və İdman İdarəsi 1994 – cü ildə Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 saylı yataqxanasında təsis edilmiş, hal-hazırda da həmin ünvanda fəaliyyət göstərir. İdarədə cəmi 2 (iki) ştat vahidi vardır. İdarə rəisi və baş məsləhətçi.
İdarənin rəisi: Məmmədov Musa Saleh oğlu
İdarənin baş məsləhətçisi: Şahmuradov Hikmət Tapdıq oğlu
Əlaqə telefonları: (050) 351-99-28, (055) 640-66-97, (055) 749-57-00

Boks klubu

İdmanın bu növü 2006-cı ildən Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 saylı yataqxanasında fəaliyyət göstərir. Bölmənin məşqçi müəllimi Nadirov Vüsal Məhərrəm oğlu 40-a yaxın yeniyetmə və gəncin bu istiqamətdə yetişdirilməsi ilə məşğuldur.
Məşqçi müəllimi Nadirov Vüsal 2007-ci ildə Yaltada keçirilən kulublar arası Dünya Kubokunda Kikboksinq üzrə gümüş medal qazanmışdır.
Gənc idmançı Xanmalıyev Allahşükür Əli oğlu 2008-ci ildə Açıq Respublika birinciliyndə Boks üzrə III yerə, 21-26 yanvar 2009-cu il tarixlərdə Bakı şəhərində “Təhsil” Respublika İdman Mərkəzində “Boks” idman növü üzrə 1993-1994-cü il təvəllüdlü yeniyetmələr arasında Açıq Respublika Birinciliyndə II yerə, 14-19 dekabr 2010-cu il tarixdə Bakı şəhərində “Boks” idman növü üzrə A.Ağalarovun xatirəsinə həsr olunmuş Beynəlxalq yarışda III yerə, 08-13 aprel 2009-cu il tarixlərdə “Boks” idman növü üzrə yeniyetmələr arasında Bakı şəhərində keçirilən Azərbaycan birinciliyndə III yerə layiq görülmüş, yığma komandanın tərkibinə daxil edilmiş və 05 may 2009-cu il tarixdə Prezident Kuboku uğrunda keçirilən yarışda eiştirak etmişdir.
Pənahzadə Pənah Sənani oğlu 2009-cu ildə Boks üzrə yeniyetmələr arasında arasında açıq Respublika birincilində II yerə, 21-26 yanvar 2009-cu il tarixlərdə Bakı şəhərində “ Təhsil” Respublika İdman Mərkəzində “Boks “ idman növü üzrə 1993-1994-cü il təvəllüdlü yeniyetmələr arasında Açıq Respublika Birincilində III yerə layiq görülmüşdür. 08-14 fevral 2011-ci il tarixlərdə Bakı şəhərində “Boks “idman növü üzrə 1993-1994-cü il təvəllüdlü gənclər arsında keçirilən Azərbaycan birincilində III yerə, Dəmirli Təbriz Bəhruz oğlu 21-26 yanvar 2009-cu il tarixlərdə Bakı şəhərində “ Təhsil” Respublika İdman Mərkəzində “Boks” idman növü üzrə 1993-1994-cü il təvəllüdlü yeniyetmələr arasında Açıq Respublika Birincilində III yerə layiq görülmüşdür.

Kikboksinq klubu

Rayonda idmanın son zamanlar populiyar bir növünə çevrilmiş Kikboksinq idman növü 2004-cü ildən fəaliyyət göstərir. Bölmənin məşqçi-müəllimi İsgəndərov Yaşar Qalib oğlu 40-a yaxın yeniyetmə və gəncin bu istiqamətdə yetişdirilməsi ilə məşğuldur.
Məşqçi-müəllim İsgəndərov Yaşar Qabil oğlu Dünya kubokunda 1 gümüş, 1 bürünc medal
Bölmənin yetirmələrindən Əliyev Elhan Natiq oğlu və Məmmədov Vüsal Pərviz oğlu 2009-cu ildə Ukranyanın Yalta şəhərində UŞU-SANDO üzrə keçirilən Dünya kubokunda qızıl medal qazanmışlar.
Orucov Seymur Kəmaləddin oğlu 25-27 fevral 2009-cu il tarixlərdə Bakı şəhəri Əl Oyunları Sarayında Tay-Boksinq üzrə keçirilən I Azərbaycab çempionatında II yerə, 09-12 aprel 2009-cu il tarixlərdə Bakı şəhərində keçirilən “Kikboksinq” idman növü üzrə Azərbaycan çempionatında I yerə layiq görülmüşdür.
Kəlbəcər rayonunun orta məktəblərində hal hazırda 4 qapalı idman zalı və 18 açıq sadə idman qurğusu vardır.

Şahər, qəsəbə və kəndlərdə mövcud idman zalları
1. Goranboy rayonuda fəaliyyət göstərən Kəlbəcər rayon 102 saylı tam orta məktəb
2. Yevlax şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 30 saylı tam orta məktəb
3. Qəbələ rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 31 saylı tam orta məktəb
Hal hazırda rayonda heç bir idman məktəbi fəaliyyət göstərmir. (Kəlbəcər rayonunun işğalından sonra həmin məktəblərin fəaliyyətinə xitam verilmişdir).

Gənclərlə iş

Kəlbəcər rayon gənclər və idman idarəsi gənclər siyasətindəki fəaliyyətini Azərbaycan Respublikasının Prezidentinin aşağıda qeyd olunan Fərmanlarına və Sərəncamlarına uyğun həyata keçirir.
“Dövlət Gənclər Siyasəti”
“Gənclər Siyasəti haqqında Qanun”
“Azərbaycan Gəncliyi Dövlət Proqramı”

İdarə tərəfindən il boyu gənclərin hərbi xidmətə yola salınma mərasimləri, antinarkomaniya, müxtəlif sahələrda istedadların üzə cıxarılması, qələm sahibləri və gənc yazarlarla görüşlər, Heydər Əliyev irsinin gənc nəslə aşılanması istiqamətində və “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirlər həyata keçirilir.
Hərbi vətənpərvərlik işi idarənin fəaliyyətinin əsas hissələrindən biridir. Məktəblilər arasında “Cəsurlar”, “Şahin” , “Vətənin müdafiəsinə hazıram” hərbi idman oyunları hər il yüksək səviyyədə keçirilir. Qalib məktəb komandaları zona birinciliklərində iştirak edirlər.
“Gəncliyimizi qoruyaq” devizi altında rayonun sıx yaşayış məntəqələrində mütəmadi tədbirlər keçirilir. Keçirilən tədbirlərin əsas mövzusu “Milli-mənəvi və dini-əxlaqi dəyərlərimizin qorunması”, “QİÇS-ə və narkomaniyaya qarşı birgə mübarizə aparmaq”, “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması” olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Proqramına uyğun olaraq 2009-cu ildə Kəlbəcər rayonundan olan məcburi köçkönlər üçün Goranboy rayonu Veyisli kəndində salınmış yeni qəsəbənin açılışında Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş, qəsəbədə tikilmiş məktəbin idman zalında Kəlbəcər rayonundan olan bir qrup idmançılarla görüşmüş, 3 nəfər idmançıya (Nadirov Vüsal, İsgəndərov Yaşar, Bayramov Məqami) və 1 nəfər gənc aşığa (Məhərrəmov Yaşar) həmin qəsəbədən mənzil hədiyyə edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün Yevlax şəhərində salınmış yeni tipli şəhərcikdə Kəlbəcər rayon 30 saylı orta məktəbin idman zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kəlbəcərli idmançılarla xatirə fotoşəkli çəkdirmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan və keçirilən bütün tədbirlərdə Kəlbəcər rayon Gənclər və İdman idarəsi yaxından iştirak edir.
Rayonda Gənclərin yaradıcılıq potensialının aşkarlanması və inkişaf etdirilməsi üçün Rayon Gənclər və İdman idarəsi öz işini bu istiqamətdə də uğurla davam etdirməyə çalışır.
2007-ci ildə ərazisi işğal olunmuş rayonlar arasında keçirilən Rəssamlıq müsabiqəsində rayonu təmsil edən Nəsirov Mərdan yaratdığı gözəl tabloya görə fəxri I yer tutaraq 500 manat pul mükafatına layiq görülmüşdür. Daha bir gənc Hümbətov Anar “Hünər” Respublika vətənpərvərlik mahnılıarı festivalında I yer tutaraq 500 manat pul mükafatı almışdır.
Rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yay mövsümündə müxtəlif əyləncəli idman yarışları, konsertlər və tarixi abidələrimizlə zəngin olan rayonlara səyahətlər təşkil edilmişdir. Bu sahədə işlər müntəzam olaraq davam etdirilir.
 

Keçidlər