İctimai Şuraya seçki komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq “05” avqust 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində Kəlbəcər rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və “01” sentyabr 2021-ci il tarixində başa çatacaqdır.
İrəli sürülmüş namizədlər barədə aşağıdakı sənədlər əlavə edilməlidir:
-şəxsiyyət vəsiqəsinin surəti,
-namizədin tərcümeyi-halı,
-namizəd hər hansı vətəndaş cəmiyyəti üzvü olduğu halda həmin üzvlüyü
-təsdiq edən sənədin surəti,
-şəxsi xarakterizə edən digər sənədlər (əmək kitabçasının və ya məlumatı
təsdiq edən digər sənədin surəti),
-namizəd barədə vətəndaş cəmiyyəti institutu tərəfindən məlumat verən digər
sənədlər də təqdim edilə bilər.
Seçki ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətinin rəsmi internet poçt ünvanına və ya rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müraciət oluna bilər.
Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuraya seçki komissiyası