Vətən Müharibəsi Şəhidləri
Polkovnik-leytenant Əliyev Anar Vaqif oğlu (1980-2020)
Vətən Müharibəsi Qəhrəmanı

Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.
Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür. Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.
1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi "qoşun kəşfiyyatı" ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.
2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən "leytenant" rütbəsi ilə Bakıda yerləşən "N" saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır.
2002-ci ildə dinləyici kursunu bitirmiş və "N" saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə "baş leytenant" rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona "kapitan" rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə "mayor" rütbəsi verilmişdir.
2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl "polkovnik-leytenant" rütbəsi verilmişdir.
Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək "N" saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.
Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır.
Anar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.
Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında "təməl paraşüt" kursunda, 2005-ci ildə Macarıstanda "ingilis dili" kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada "sülhməramlı əməliyyatlar üçün təlimatçı" kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında "qış dağ" kursunda, 2009-cu ildə Rumıniyada "hərbi əməkdaşlıq və təcrübə mübadiləsi", həmçinin, həmin ildə Türkiyədə keçirilən "sərbəst paraşüt" kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada "təkmilləşdirilmiş qış-dağ" kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi - 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.
2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib. Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.
2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev "Şücaətə görə" medalı ilə təltif edilmişdir.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.
27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin, Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev Vətən müharibəsində iştirak etməyə başlamışdır. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Həmin gün Anar Əliyev "N" saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır. 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.
Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir.
Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, "772 metr" yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.
Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.
23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdullayev Rasim Yaqub oğlu (Tibb xidməti Polkovnik-leytenantı)
(1975-2020)
Abdullayev Rasim Yaqub oğlu 21 fevral 1975-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlamışdır.
İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdur. 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı və 2015-ci ildə isə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmışdır.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı qızğın nöqtələrdə yaralı zabitlərə yerindəcə tibbi yardım göstərmişdir. Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə — Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və Vətən müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur. Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Qarabağ münaqişəsi tarixinə münaqişəyə son qoyan Vətən müharibəsi kimi yazılan bu hərbi əməliyyatları zamanı polkovnik-leytenant Rasim Abdullayev "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri idi. O, Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərmiş və şəhid olduğu günə, yəni Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərmişdi. Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi ilə və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Cəfərov Zaur Hüseyn oğlu 04 mart 1980-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır. 2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Leytenant Zaur Cəfərova Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursundan keçmişdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0109t №-li 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, 26 iyun 2014-cü il tarixli 0199t №-li əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə və 0204t №-li əmri ilə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı Zaur Cəfərov yaxından iştirak edirdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12 may 2016-cı il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Təhsilini bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulması zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah rəisi idi və döyüşlərdə yaxından iştirak edirdi.
Z.Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən minaya düşərək şəhid olmuşdur. Zaur Cəfərov 19.10.2020-ci il tarixdə Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Azər Əmrah oğlu Mikayılov
(1980-2020)
Mikayılov Azər Əmrah oğlu 1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edirdi.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni, “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Atayev Nicat Habil oğlu (1994-2020)
Atayev Nicat Habil oğlu 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olmuşdur. O, II Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 27-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində Şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn olunub. N.Atayevə ölümündən sonra Azərbaycan cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı, Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir.
Orucov Nemət Əkbər oğlu
(1994-2020)
Orucov Nemət Əkbər oğlu oğlu 15 noyabr 1994-cü ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin (ATU) ekologiya mühəndisliyi fakültəsində qəbul olunan Nemət 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini kəşfiyyatçı olaraq başa vuran Nemət Orucov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirib. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət edib. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Orucov sentyabrın 27-də Xocavənd döyüşləri zamanı rayonda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 28 sentyabr 2020-ci ildə Goranboy rayonunun Zeyvə kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Şirinov Ömər Muğan oğlu
(1999-2022)
Şirinov Ömər Muğan oğlu 20 sentyabr 1999-cu ildə Goranboy rayonunun Aşağı Ağcakənd kəndində anadan olub. 2005-ci ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinə daxil olmuş və 2021-ci ildə həmin Universiteti bitirərərk Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətin 9-cu ayında zabit kurslarına yazılmış və Leytenant hərbi rütbəsi almışdır.
Silahlı Qüvvələrin zabiti olan Ömər Şirinov 2022-ci ilin sentyabr ayının 12-də Laçın rayonunun Qaragöl ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Erməni Silahlı Birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. 14 Sentyabr 2022-ci ildə Goranboy rayon, Zeyvə kənd qəbiristanlığında dəfn olunub.
5 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir.
Şəfiyev Daşqın Hidayət oğlu (1989-2020)
Şəfiyev Daşqın Hidayət oğlu 22 avqust 1989-cu ildə anadan olub. 1995-ci ildə Samux rayon orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Daşqın Şəfiyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” Ordeni təltif edilmişdir.
Əmrahov Saməddin Şamil oğlu
(1978-2020)
Əmrahov Saməddin Şamil oğlu 02 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhəri, 3 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1993-cü ildə orta təhsilini Calut kənd tam orta məktəbində davam etdirib. 1996-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1998-ci ildə müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oğuz rayonunun Calut kənd qəbirstanlığında dəfn edilib. Ailəli idi. Bir oğlu və bir qızı var. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Muxtarov Taleh Həşim oğlu
(1985-2020)
Muxtarov Taleh Həşim oğlu 01 dekabr 1985-ci ildə Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. 1991-ci ildə Kəlbəcər rayon Kəndyeri kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Muxtarovlar ailəsi Goranboy rayonunun Xanqərvənd kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayonunun Xanqərvənd kəndində davam etdirib. 2003 ildə həmin məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vuran Taleh Muxtarov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 07 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 07 oktyabr 2020-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Abdullayev Həsən Aydın oğlu
(1990-2020)
Abdullayev Həsən Aydın oğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Abdullayevlər ailəsi İsmayıllı rayonunun Quşencə kəndində yaşamağa başlayıblar. Orta məktəbi İsmayıllı rayonunun Quşencə kəndində oxuyub. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Həsən Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi. 02 oktyabr 2020-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Abdullayev Şəhriyar Kamil oğlu
(1987-2020)
Abdullayev Şəhriyar Kamil oğlu 02 mart 1987-ci ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 1994-cü ildə Tərtər şəhəri Cəmilli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1998-ci ildən 73 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
2007-ci ildə Ağcəbədi rayonunun N saylı hərbi hissəsindədə hərbi xidmətini başa vuran Şəhriyar Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2013-cü il tarixindən etibarən Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil olub.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şəhriyar döyüşdə yaxından iştirak edib.
Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
13 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 2 qızı yadigar qaldı. 13 oktyabr 2020-ci ildə Daşkəsən rayonu Şəhidlər Xiyabanında dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə", 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixində "Hərbi xidmətlərə görə" və 24 iyun 2021-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Bayramov Samir Elxan oğlu
(1996-2020)
Bayramov Samir Elxan oğlu 15 avqust 1996-cı ildə Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə orta məktəb 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Samir Bayramov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Artıq 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı gizir kimi fəaliyyətə başlamışdır. Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
Sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Bəylərov Seymur Səlyəddin oğlu
(1996-2020)
Bəylərov Seymur Səlyəddin oğlu 24 iyun 1996-cı ildə Samux rayonunun Qarayeri kəndində anadan olub. 2003-cü ildə Samux rayonu Qarayeri kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə Naxçıvan MR-in N saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 28 sentyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 28 oktyabr 2020-ci ildə Samux rayon Qarayeri kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Suqovuşanın azad olunması” və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Həsənli Zərimxan Rafiq oğlu
(2001-2020)
Həsənli Zərimxan Rafiq oğlu 07 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Tərtər rayon Bəyimsarov kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
2020-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Zərimxan Həsənli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Zərimxan Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində artilleriya komandasında iştirak etmişdir. Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə qumbaraatan olaraq vuruşmuşdur.
11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixində "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Qabilov İsmayıl Əli oğlu
(1983-2020)
Qabilov İsmayıl Əli oğlu 15 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər şəhər Mozqaraçanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərində yaşamağa başlayıblar. Orta təhsilini Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Sentyabrın 27-i Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Uzun müddətdən sonra nəşi tapılaraq ailəsinə təhvil verilmişdir. 05 dekabr 2020-ci il tarixində Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Həsənli Seymur Qələndər oğlu
(1993-2020)
Həsənli Seymur Qələndər oğlu 09 noyabr 1993-cü ildə Yevlax rayonunun Nurallar kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2000-ci ildə Yevlax şəhər Malbinəsi kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Seymur Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabr ayının 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 11 noyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Hüseynzadə Elgiz İbrahim oğlu
(2001-2020)
Hüseynzadə Elgiz İbrahim oğlu 08 oktyabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2008-ci ildə Tərtər rayon 68 saylı Bəyimsarov kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2020-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Elgiz 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgiz Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
22 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 9 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.
İlyasov Bəhrəm Nizam oğlu
(1998-2020)
İlyasov Bəhrəm Nizam oğlu 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2004-cü ildə Şəhid Binadar Məmmədov adına Bərdə şəhər Yeni Əyricə kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirmişdir.
2017-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ildə Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı kimi başa vuran Bəhrəm İlyasov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində böyük şücaət göstərib. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi. 13 oktyabr 2020-ci ildə Bərdə rayon Nəcəfqulubəyli kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Mönsümzadə Orxan Səfiyar oğlu
(1993-2020)
Mönsümzadə Orxan Səfiyar oğlu 17 sentyabr 1993-cü ildə Bərdə şəhər 2-ci Ərəb Çadır şəhərciyində anadan olub. 1999-cu ildə Ağdam 106 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta təhsilini Ağdam rayon Baharlı qəsəbə məktəbində davam etdirib. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ildə Naxçıvan MR-nın “N” saylı hərbi hissədə hərbi xidmətini başa vuran Orxan hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2014-cü ildən etibarən xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir. 2016-cı il aprel ayından başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Orxan Mönsümzadə əməliyyatlarda yaxından iştirak etmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində qəhrəmancasına şəhid olub. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər Cəyirli kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Musayev Murad Polad oğlu
(2001-2020)
Musayev Murad Polad oğlu 01 oktyabr 2001-ci ildə Bərdə rayonunun İmirli kəndində anadan olub. 2008-ci ildə Bərdə şəhərində yerləşən “Kəlbəcər rayon 26 saylı tam orta məktəb”inin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirdikdən sonra. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Murad 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
29 sentyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər İmirli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdir.
Rzayev Ülfət Novruz oğlu
(2000-2020)
Rzayev Ülfət Novruz oğlu 11 fevral 2000-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2007-ci ildə Kəlbəcər rayon 68 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
05 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 13 noyabr 2020-ci ildə Tərtər rayon Cəmilli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Verdiyev Eldəniz Rabil oğlu
(1999-2020)
Verdiyev Eldəniz Rabil oğlu 04 oktyabr 1999-cu ildə Göygöl şəhərində anadan olub. 2005-ci ildə 1 saylı Kəlbəcər rayon 107 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirmişdir. 2017-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Qəbələ rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Eldəniz hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir.
Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Uzun müddət nəşi tapılmamışdır. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilir. 05 iyun 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Məhərrəmli Fuad Füzuli oğlu
(2001-2020)
Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Fuad hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib. 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Əhmədov Əhmədxan Məzahir oğlu
(1999-2020)
Əhmədov Əhmədxan Məzahir oğlu 01 fevral 1999-cu ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2006-cı ildə Gəncə şəhərində yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2020-ci il ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Mustafayev Əlzamin Baxış oğlu
(1999-2020)
Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Tağıyev Eşqin Asif oğlu
(1998-2020)
Tağıyev Eşqin Asif oğlu 18 mart 1998-ci ildə Daşkəsən rayonunun Zəylik kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tağıyevlər ailəsi Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşıblar. 2004-cü ildə Göygöl rayonunda yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirib.
2016-cı ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə hərbi xidmətini başa vuran Eşqin Tağıyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında XTQ-nin dəstəsində Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 30 oktyabr 2020-ci il tarixdə Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 01 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları,"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Mustafayev Elnur Nəcəf oğlu
(2002-2020)
Mustafayev Elnur Nəcəf oğlu 09 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhər 135 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Elnur 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Sumqayıt rayonunda, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir. 30 oktyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən Qırmızı Bazar istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 31 oktyabr 2020-ci ildə Bakı şəhər, Binəqədi rayon, Sulutəpə qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Həmzəyev Şəhriyar Elman oğlu
(2001-2020)
Həmzəyev Şəhriyar Elman oğlu 01 mart 2001-ci ildə Yevlax şəhərində anadan olub. 2008-ci ildə orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Şəhriyar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 29 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 30 oktyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilmişdir.
Heydərov Qismət İsmayıl oğlu
(2002-2020)
Heydərov Qismət İsmayıl oğlu 20 iyul 2002-ci ildə Goranboy rayonunun Erkəc kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2008-ci ildə Goranboy rayon Erkəc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-2019-cu illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Qismət 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Qismət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 04 oktyabr 2020-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Məhəmmədli İsmayıl Mahir oğlu
(1996-2020)
Məhəmmədli İsmayıl Mahir oğlu 01 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbi Gəncə şəhərində oxuyan İsmayıl 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində gizir kimi davam etdirib. Azərbaycan Ordusunun giziri olan İsmayıl Məhəmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 14 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Məmmədov Elşən Dağıstan oğlu
(1996-2020)
Məmmədov Elşən Dağıstan oğlu 06 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tərtər rayon 66 saylı Buruc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Elşən Məmmədov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2019-cu ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 19 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 20 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qazaxlar kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Rəhimli Bəxtiyar Nəsimi oğlu
(2001-2020)
Rəhimli Bəxtiyar Nəsimi oğlu 18 mart 2001-ci ildə Tərtər rayonunda anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbə Tərtər rayonunda oxuyan Bəxtiyar 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 05 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 07 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Hüseynov Mirzə Xəlfə oğlu
(1991-2020)
Hüseynov Mirzə Xəlfə oğlu 03 aprel 1991-ci ildə Kəlbəcər rayonunun Çayqovuşan kəndində anadan olub. Orta məktəbə Göygöl rayonunda Mirzə 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Ailəli idi. 31 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Musayev Vüsal Eldar oğlu
(1985-2021)
Musayev Vüsal Eldar oğlu 01 sentyabr 1985-ci ildə Kəlbəcər rayon Zəylik kəndində anadan olub. 1991-ci ildə Zəylik kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Musayevlər ailəsi Goranboy rayonunun Börü kəndində yaşamağa başlayıblar. Vüsal Musayev Kəlbəcər rayonunun işğalından sonra orta təhsilini 103 saylı Börü kənd tam orta məktəbində davam etdirib. 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Vüsal hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Vüsal Musayev 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 29 sentyabr 2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrindən yaralanmış Vüsal həmin gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir. 2021-ci il yanvar ayının 5-i Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. 06 yanvar 2021-ci ildə Goranboy rayon Börü kən qəbiristanlığında dəfn edilib. Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Əliyev Arif Ağalar oğlu
(1983-2021)
Əliyev Arif Ağalar oğlu 26 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1990-cı il tarixində Kəlbəcər rayonunun Susuzluq kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əliyevlər ailəsi Göygöl rayonunda yaşamağa başlayıblar. Orta təhsilini Göygöl rayonunda davam etdirib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Universitetə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Daha sonra Kəlbəcər rayon Susuzluq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində çalışan Arif Əliyev 04 iyun 2021-ci il tarixində rəsmi olaraq Kəlbəcər rayon Susuzluq kəndinə səfəri zamanı düşmənin təxribatı nəticəsində minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. 05 iyun 2021-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Həsənov Zabil Məhəmməd oğlu
(1983-2020)
Həsənov Zabil Məhəmməd oğlu 01 iyun 1983-cü ildə Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Həsənovlar ailəsi Tərtər rayonunun Həsənqaya kəndində yaşamağa başlayıblar. Orta təhsilini heç bir yerdə oxumayıb. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Şakir hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında hərbi şəhid və yaralılara kömək edərkən düşmənin atdığı artilleriya nəticəsində şəhid olub. Ailəli idi. 01 oktyabr 2020-ci ildə Tərtər rayon Sarıcalı kəndində dəfn edilib.
Zamanov Şakir Xasay oğlu
(1988-2020)
Zamanov Şakir Xasay oğlu 25 aprel 1988-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində anadan olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Zamanovlar ailəsi Goranboy rayonunun Qaradağlı kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayon Qaradağlı kənd tam orta məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Şakir hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında hərbi şəhid və yaralılara kömək edərkən düşmənin atdığı artilleriya nəticəsində şəhid olub. Ailəli idi. 16 oktyabr 2020-ci ildə Tərtər rayon Sarıcalı kəndində dəfn edilib.
ANTİTERROR ŞƏHİDLƏRİ
Şəhid Mehtiyev Şəhriyar Mübariz oğlu

Şəhid Mehtiyev Şəhriyar Mübariz oğlu 7 yanvar 2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əslən Kəlbəcər rayonunun Bəzirxana kəndindəndir. Orta təhsilini Gəncə şəhərindəki ümumtəhsil məktəblərinin birində almışdır. Hərbi xidmətə 2023-cü ilin əvvəllərində çağırılmışdır.
Şəhriyar Mehtiyev 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə erməni silahlı birləşmələri arasında baş vermiş silahlı toqquşmalar zamanı qəhrəmancasına şəhid olmuşdur. Döyüşlər 24 saat davam etmiş və nəticədə şəhidimiz öz vəzifə borcunu şərəflə yerinə yetirərək ərazi bütövlüyünün təmin olunmasına töhfə vermişdir.
Şəhriyar Mehtiyev Azərbaycan gəncliyinin vətənpərvər, bilikli və təşəbbüskar nümayəndəsi olaraq, öz həyatını vətəninə həsr etmişdir. Onun qəhrəmanlığı və fədakarlığı gələcək nəsillərə nümunə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra Şəhriyar Mehtiyev “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Bu təltiflər onun yüksək peşəkarlıq, şücaət və mərdlik göstərərək xidmət etdiyi müddət ərzində fərqlənməsini əks etdirir.
Şəhid Orucov Dağbəyi Sabay oğlu

Orucov Dağbəyi Sabay oğlu 17 noyabr 2002-ci il tarixində Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. 2008-ci ildə Tərtər rayon Sarov kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, sonradan orta məktəbini Göygöl rayon Murovdağ qəsəbəsində davam etdirib. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra Türkiyə HİTT Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Gənc yaşlarından milli dəyərlərə, dövlətçilik ənənələrinə və vətən sevgisinə dərindən bağlı olan Orucov Dağbəyi hərbi sahədə nümunəvi intizamı və döyüş hazırlığı ilə seçilmişdir. Onun hərbi xidməti 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Qarabağ bölgəsində separatçı rejimin ləğvinə yönəlmiş lokal xarakterli antiterror tədbirləri çərçivəsində daha da fəallaşmışdır. Məhz bu əməliyyatlar zamanı — 19 sentyabr 2023-cü il tarixində — Xocalı rayonu Dağdağan kəndi istiqamətində aparılan döyüş tapşırığı zamanı göstərdiyi qəhrəmanlıq nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.
Onun qəhrəmanlığı dövlətin ərazi bütövlüyünün bərpası və milli təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edən bir əməliyyatın tərkib hissəsi olmuşdur. Şəhidin fədakarlığı təkcə ailəsi və yaxın ətrafı üçün deyil, həm də ümummilli şüurda milli ruhun, döyüş əzminin və Vətənə sədaqətin simvoluna çevrilmişdir.
Göygöl rayon Murovdağ qəsəbəsində dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı (ölümündən sonra) və 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni (olümündən sonra) ilə təltif olunmuşdur.
Şəhid Salmanov Elçin Habil oğlu

Elçin Habil oğlu Salmanov 27 sentyabr 2001-ci il tarixində Yevlax şəhərində kasıb bir ailədə anadan olub. Əslən Kəlbəcər rayonu, Çaykənd ərazi dairəsi, Kəndyeri kəndindən olan ailə məcburi köçkün kimi Yevlax şəhərində müvəqqəti olaraq inzibati idarə və zavod binalarında yaşayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanına əsasən məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, 2010-cu ildə Yevlax şəhərində inşası yekunlaşmış məcburi köçkünlər üçün salınmış 615 ailəlik yeni yaşayış məntəqəsində (32-ci məhəllə) 5 nəfərdən ibarət Salmanovlar ailəsi 2 otaqlı evlə təmin olunurlar.
Elçin Salmanov ilk ibtidai təhsilini Yevlax şəhər məktəblərində alsada, sonradan təhsilini Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə davam etdirir. Təhsil aldığı dövürdə məktəblə paralel musiqiyə də həvəsi olur və qardaşı İlkinlə birlikdə Yevlax şəhərində yerləşən 11 nömrəli Ağdam musiqi məktəbinə yazılırlar. İlkin Qarmon sinfinə Elçin isə Nağara sinfinə qəbul olunur. Ailənin yaşam çətinliyini dərk edən Elçin orta təhsilini doqquzuncu sinifdə bitirməli olur və avtomobil rəngsaz sənətini öyrənmək üçün usta yanında köməkçi olaraq işə başlayır. Elçin Salmanov hər kəsin sevimlisi və eyni zamanda öz əxlaqı, mədəniyyəti ilə cəmiyyət içində böyük hörmət qazanmışdır.
2019-cu il oktyabr ayında hərbi xidmətə yollanan Elçin Salmanov xidmətinə Ağdam və Xocavənd istiqamətində başlayır. 27 sentyabr 2020-ci il tarixində başlamış İkinci Qarabağ müharibəsi zamanı Elçin Salmanov da döyüşlərə qatılır və Xocavəndin azad olunmasında ştirak edir. Qüsursuz xidmətlərinə görə hərbi-hissə rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılır.
Vətənə bağlılıq və milli-mənəvi dəyərlərə sədaqət Elçinin şəxsi keyfiyyətlərini formalaşdıran əsas meyarlar olmuşdur. 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsində iştirak edən Elçin Habil oğlu, döyüş bölgələrindəki strateji mövqelərin azad olunmasında xüsusi rol oynamışdır. Daha sonra 2022-ci ildə Ermənistanla sərhəddə keçirilən Cermuk əməliyyatında və 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş lokal antiterror tədbirlərində iştirak etmişdir.
21 sentyabr 2023-cü il tarixində Ağdərərayonu istiqamətində aparılan döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıq nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Elçin Salmanov 22 sentyabr 2023-cü il tarixində doğulub boya-başa çatdığı Yevlax şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Onun şəhadəti Azərbaycan cəmiyyətində dərin hüznlə qarşılanmış və ailəsinə dövlət tərəfindən mənəvi dəstək göstərilmişdir.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı (ölümündən sonra) və 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni (olümündən sonra) ilə təltif olunmuşdur.
Şəhid Tağızadə Cahangir Qurban oğlu

Tağızadə Cahangir Qurban oğlu 27 may 2004-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Kəlbəcər rayonunun Təkəqaya kəndindəndir. Valideynləri isə məcburi köçkün olaraq Mingəçevirdə yaşayırlar. 2010-cu ildə “Ağdam məktəbi” kimi tanınan 142‑saylı orta məktəbdə birinci sinfə gedib. 2021-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2022-ci ilin yayında həqiqi hərbi xidmətə yollanıb.o xidmətə Bakı şəhərində, Hərbi Dəniz Qüvvələrində başlayıb. Cahangir Tağızadə 2023-cü ildə sentyabr ayında antiterror əməliyyatında iştirak edib. 19 sentyabr 2023-cü ildə Ağdərə istiqamətində aparılan əməliyyat zamanı qəhrəmancasına şəhid olub.
Onun nəşi üç gün sonra, 22 sentyabr 2023-cü ildə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.






