Şriftin ölçüsü :

Saytın rəngi :

“08 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “şahmat” idman növü üzrə Kəlbəcər rayon birinciliyi keçirilib.

07 noyabr 2023 | 17:54
Yarış noyabrın 7-də Şərqi Zəngəzur Regional Gənclər və İdman və Təhsil İdarələrinin Kəlbəcər rayonu üzrə sektorlarının birgə təşkilatçılığı ilə, Gəncə 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbində keçirilib.
Yarışda ilk öncə vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1bir dəqiqəlik sükutla anılıb.
Yarışda ümumilikdə 18 nəfər şagird iştirak edib.
4 turdan ibarət olan oyunda qaliblər aşağıdakı kimidir:
Oğlanlar üzrə
1-ci yer: Mamedov Əli İsmət oğlu
2-ci yer: Kərimli Çərkəz Vüqar oğlu
3-cü yer: Nağıyev Şəmsəddin Ruslan oğlu
Qızlar üzrə
1-ci yer: Mamedova Qərənfil Vüqar qızı
2-ci yer: Salmanlı Leyla Raul qızı
3-cü yer: Məmmədova Gülgəz Xəlil qızı
Sonda qaliblər medal və diplomlarla mükafatlandırılıb.
Yarışda qalib olan hər bir kəsi təbrik edir, iştirak edən hər bir kəsə təşəkkür edirik!
Keçidlər