Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonu İcra hakimiyyətinin akt zalında 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edildi

02 fevral 2016 | 16:00

02 fevral 2016-cı il tarixdə Kəlbəcər  Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon Təşkilatı və Rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral- Azərbaycan Gəncləri Günü”  qeyd edildi.
    Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini Aytac Rüstəmzadə, Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov, Rayon Gənclər və idman idarəsinin rəisi Musa Məmmədov və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
         Tədbiri giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini Aytac Rüstəmzadə 2 fevral- Gənclər Günü”nün yaradılması, tarixi və mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı  məlumat verdi.
         Daha sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən gənclərə fəxri fərmanlar və pul mükafatları  təqdim edildi.

Keçidlər