Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun Kəlbəcər rayon istimaiyyətinin nümayəndələri ilə görüşü

03 fevral 2016 | 16:00

         “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, hörmətli millət vəkili Cavid Qurbanov Gəncədə Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınan 1500 ailəlik yeni qəsəbədə yerləşən 500 yerlik möhtəşəm Mədəniyyət sarayında rayon istimaiyyətinin nümayəndələri ilə görüş keçirtdi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və o cümlədən  ölkənin 30-dan çox rayonundan 600-ə yaxın kəlbəcərli məcburi köçkün iştirak edirdi. Toplantını giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov bildirdi ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə rayon  ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.
            Millət vəkili Cavid Qurbanov özünün geniş və ətraflı nitqində onu da qeyd etdi ki, Azərbaycanda iqtisadi tənəzzül deyilən bir söz yoxdur. Əmək haqqları, təqaüdlər, pensiyələr artırılır. Qaçqınlara dövlət tərəfindən verilən yardımlar, məcburi köçkünlərlə bağlı sosial proqramların  icrası davam etdirilir. Azərabaycan xalqı öz Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, müdrik rəhbərin siyasəti ilə dünyada baş vermiş iqtisadi böhranın ölkəyə təsiri minimuma endirilərək ölkənin inkişafı təmin etdiriləcəkdir.  Tədbirdə çıxış edənlər rayonun məcburi köçkünlük həyatı yaşayan sakinlərini narahat edən sosial-məişət və digər problemlərin həlinin vacib olduğunu bildirdi. Qaldırılan problemlərin bir hissəsi yerindəcə həll edildi. Digər məsələlərin həlli ilə bağlı tədbirlər görülür.

Keçidlər