Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin sosial-iqisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı

19 fevral 2016 | 16:00

19.02.2016-cı il tarixdə saat 11:00-da Kəlbəcər rayon İcra hakimiyyətinin akt zalında rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədovun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbir öncəsi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin büstü önünə təzə gülçiçək dəstələri qoyulmuş, əziz və unudulmaz xatirəsi yad edilmişdir.
Hesabat yığıncağında Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, sahibkarlar və ağsaqallar  iştirak edirdilər.
Hesabat yığıncağında Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədovun hesabatı dinlənilmişdir.
Çıxışlar dinlənildikdən sonar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  məsul işçisi Ağaəli Əhmədov rayon fəalları qarşısında çıxış etmişdir.      
Tədbirdə rayonun bir qrup qabaqcılına xatirə hədiyyələri və Yeni Azərbaycan Partiyası sıralarına qəbul olan bir qrup gəncə təntənəli şəkildə YAP vəsiqələri təqdim edilmişdir.
Yığıncaqda  müvafiq qərar qəbul edilmişdir. Tədbirin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına  müraciət qəbul edilmişdir.

Keçidlər