Kəlbəcər rayon İcra hakimiyyətində Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi kecirildi.
Kəlbəcər rayon İcra hakimiyyətinin AKT zalında Xocalı faciəsinin 24-cü ildönümü münasibəti ilə anım mərasimi keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini İkram Salmanov, rayon rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Mərasimdə Xocalı faciəsi qurbanlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra hakimiyyəti başçısının müavini İkram Salmanov erməni faşistlərinin Xocalıda bəşər tarixində misli görünməyən soyqırım həyata keçirdiklərindən faktlarla ətraflı danışdı. Bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirilən soyqırım erməni vəşiliyinin və amansızlığının ən bariz sübutudur və bu soyqırımı törədənlər qanun qarşısında cavab verəcəklər.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri Malik Balayev və digərləri çıxış edərək bildirdilər ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. .