Kəlbəcər rayon İcra hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Kəlbəcər rayon İcra hakimiyyətində tədbiri keçirildi. Tədbirdə İcra hakimiyyəti başçısı aparatının işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin həmin müəssisələrdə çalışan qadınlar iştirak etdilər.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayaraq qeyd edərək bildirdi ki, dövlətimizin davamlı və dayanıqlı qayğısının nəticəsidir ki, qadınlar ölkəmizin bütün sahələrində geniş təmsil olunurlar.
Tədbirin sonunda rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən bir qrup qadına pul mükafatları və xatirə hədiyyələri təqdim olundu.