Gəncə şəhəri 1500 ailəlik yeni məcburi köçkün qəsəbəsində “Novruz” Bayramı münasibətilə bayram tədbiri keçirildi
Kəlbəcər rayon İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, idmançılar, iştirak etdilər.
Rayon başçısı Aqil Məmmədov Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi “Novruz” Bayramı münasibəti ilə şənlikdə iştirak edənləri təbrik edərək, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı və bayramın rəmzi olan “Novruz tonqalını” alovlandırdıqdan sonra qonaqlarla birgə hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil olunmuş süfrələrlə tanış oldu.
Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirildi.