Şriftin ölçüsü :

Saytın rəngi :

Milli ordumuzun əldə etdiyi nailiyyətlərə həsr olunmuş ümumrayon toplantısı keçirildi.

04 aprel 2016 | 16:00

Erməni silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində cəbhə bölgəsində yaranmış vəziyyət  barədə 2016-cı il aprel ayının 4-də Gəncə şəhəri 1500 ailəlik yeni yaşayış massivində yerləşən  Kəlbəcər rayon Mədəniyyət sarayında toplantı keçirildi. Toplantıda rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanları, İdarə, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, Qarabağ əlilləri, Şəhid ailələri və aktiv gənclər iştirak etdilər. Tədbir iştirakçıları düşmən təxribatının qarşısı alınarkən Şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdildi.
Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov düşmənin təxribatının qarşısının uğurla alındığını qeyd edərək, çıxışında yüksəklik və yaşayış məntəqəsinin azad olunmasını ruh yüksəkliyi ilə qarşılandığını vurğuladı.
Həmçinin tədbirdə iştirak edən rayon ağsaqqaları və gənclər  Cənab Prezidentin torpaqlarımızın azad olunması istiqamətində yeritdiyi siyasəti dəstəklədiklərini bildirdilər və kəlbəcərlilərin hər zaman onun yanında olduqlarını bəyan etdilər.

Keçidlər