Kəlbəcər rayon İcra hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Kəlbəcər rayon İcra hakimiyyətində keçirilən müşavirədə müzakirə olundu.
Müşavirədə Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra hakimiyyəti başçısının yerli nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov 2016-ci ilin birinci rübündə Kəlbəcər rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etdi.