Kəlbəcər rayon İcra hakimiyyətinin akt zalında Ağdaban faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra hakimiyyəti başçısı cənab Aqil Məmmədov ermənilərin tarix boyu azərbaycanlılara və türklərə düşmən münasibət bəslədiklərini bildirdi. Hər zaman ermənilərin milli - mənəvi dəyərlərimizə sahib çıxmağa çalışdıqlarını və Ağdaban kəndinin işğalı zamanı vəhşicəsinə törədilmiş cinayətlərdən, təcavüzün mahiyyətindən, səbəblərindən, o dövrdəki siyasi hadisələrdən və bunu dünya ictimaiyyətinə çatdırmağın vacibliyindən danışdı.
Tədbirdə çıxış edənlər 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunda 130 evdən ibarət Ağdaban kəndinin erməni seperatçıları tərəfindən hücuma məruz qaldlğını, 779 nəfər Ağdaban sakininə amansız işgəncə verildiyini, ermənilər tərəfindən 33 nəfərin qətlə yetirildiyini, 8 qoca, 2 azyaşlı uşaq, 7 qadının diri-diri odda yandırıldığın bildirdilər. Ağdaban faciəsinin canlı şahidləri baş verən dəhşətləri faktlarla ifadə etdilər. Kəlbəcərlilər dünya ictimaiyyətindən qətliama hüquqi - siyasi qiymətin verilməsini tələb edərək Ağdabanda baş verənləri insanlığa qarşı törədilən ən böyük cinayətlərdən biri adlandırdılar.