Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə ağacəkmə aksiyasilari keçirildi.
12 may 2016 | 16:00
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə kəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə o cümlədən, Gəncə şəhəri 1500 ailəlik məcburi köçkün qəsəbəsində, Gəncə şəhəri ADAU-nin 6 saylı yataqxanasının ətrafında və Goranboy rayonu Yeni Veyisli qəsəbəsində çinar, eldar şamı, küknar və digər ağac növləri əkildi.
Köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasında mühüm rol oynayan yaşıllaşdırma aksiyalarında bundan sonra da ağac və kolların əkilməsinin davam etdirilməsi nəzərdə tutulur.