Kəlbəcər rayon İcra hakimiyyətində 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi
27 May 2016-cı il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində 28 May - Respublika Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin Baçşısı Aqil Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, müsəlman Şərqində ilk demokratik respublikanın 23 aydan sonra süquta uğramasının səbəblərindən danışdı. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğuladı.
Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini söylədilər və Azərbaycanın daha parlaq sabahına böyük inamını ifadə etdilər.