23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Kəlbəcər rayon İcra hakimiyyətində tədbir keçirildi.
23 iyun 2016 | 16:00
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi. Yığıncaqda çıxış edənlər dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayonun bir qrup dövlət qulluqçusu rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və pul mükafatları ilə təltif olundular.