2015-2016-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının görüşü keçirildi.
Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında 2015-2016 – cı tədris ilində Kəlbəcər rayonu üzrə ali məktəblərə qəbul olmuş tələbələrlə görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, Təhsil şöbəsinin işçiləri, məktəb rəhbərləri, tələbələr, valideynlər iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov tədbirdə çıxış edərək Kəlbəcər rayonu üzrə ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların valideynlərini və müəllimləri təbrik etdi, onlara xoş arzularını çatdırdı və qeyd etdi ki, təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.
Görüşdə iştirak edən təhsil işçiləri, tələbələr və valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov tərəfindən tələbələrə hədiyyələr təqdim olundu.