Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verildi.
Millət vəkili cənab Cavid Qurbanovun yaxından köməkliyi ilə kəlbəcərli məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqəsi qazla təmin edildi. Açlış tədbirində Kəlbəcər Rayon İcra Hakimiyyətinin cənab başçısı Aqil Məmmədov, "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri və məcburi köçkünlər iştirak etdi. Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başısı Aqil Məmmədov qeyd etdi ki, 3 min metrə yaxın çəkilən boru və 85 mənzilə quraşdırılan sayğac 400-ə yaxın kəlbəcərli məcburi köçkünün bu qış istilikdən əziyyət çəkməməsinə imkan verəcək. Mənzillərə 85 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərin qazlaşdırılması və digər sosial problemlərin mərhələli şəkildə həllinin diqqət mərkəzində saxlanıldığını vurğuladı.
Kəlbəcərli məcburi köçkünlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.