Kəlbəcər rayon İcra hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar bayram tədbiri keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstələri düzdülər.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov qeyd etdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlama sadiq qalaraq sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son on üç ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda da ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Daha sonra RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytac Rüstəmzadə geniş məruzə ilə çıxış etdi.